Dünya

Gürcüstanda COVID-19-a yoluxmuş 300-ə yaxın uşaq xəstəxanaya yerləşdirilib

“Gürcüstanda koronavirus infeksiyasına yoluxan təxminən 300 uşaq kliniklara yerləşdirilib”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Ekaterine Tikaradze “İmedi” telekanalına müsahibəsində deyib.
O, xəstəxanalarda əlavə uşaq çarpayılarının səfərbər olunacağını bildirib: “Valideynlər övladlarının virusa yoluxmaması üçün çox diqqətli olmalıdırlar. Bu gün qoruyucu maska taxmaq və sosial məsafə saxlamaq uşaqların COVID-19-dan qorunması üçün vacib vasitələr olaraq qalır”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button