Dünya

Gürcüstanda daha 1 398 nəfərdə koronavirus aşkarlanıb

Gürcüstanda ötən sutkada daha 1 398 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 11 ölüm halı qeydə alınıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bununla da qonşu ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 382 734-ə, ölənlərin sayı isə 5 503-ə çatıb.
Son 24 saat ərzində daha 1 164, ümumilikdə isə 362 491 nəfər sağalıb.
Bu günə olan aktiv xəstə sayı 14 714 nəfər təşkil edir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button