Dünya

Gürcüstanda daha bir məhdudiyyət aradan götürülüb

Bu həftədən etibarən Gürcüstanda restoran və kafelər həftəsonları da fəaliyyət göstərəcəklər.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qərar ölkənin Dövlət Qurumlarıarası Koordinasiya Şurasının iclasında qəbul olunub.
Qərara əsasən, ictimai iaşə obyektləri şənbə-bazar günləri müvafiq qaydalara uyğun olaraq müştəriləri yalnız açıq havada qəbul edə biləcəklər.
Qeyd edək ki, bu günədək qonşu ölkədə kafe və restoranların həftəsonları işləməsi qadağan idi, onlar yalnız çatdırılma xidməti göstərirdilər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button