Dünya

Gürcüstanda gələn aydan kütləvi vaksinasiyaya başlanılır

Gürcüstanda əhalinin COVID-19 əleyhinə kütləvi peyvəndlənməsinə iyul ayından başlanılacaq.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Ekaterina Tikaradze məlumat verib.
Nazir vaksinasiyanın həm Tbilisi, həm də bölgələrdə həyata keçiriləcəyini bildirib.
E.Tikaradzenin sözlərinə görə, bu həftənin sonunda Gürcüstana milyon doza “Sinopharm” və “Sinovac” preparatları çatdırılacaq və gələn həftədən vaksinasiyaya start veriləcək.
Qeyd edək ki, indiyədək qonşu ölkədə 254 737 nəfər peyvənd vurdurub. Hər iki dozanı alanların sayı 94 740 təşkil edir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button