Dünya

Gürcüstanda Hindistan ştammına yoluxmalarla bağlı şübhələr yaranıb

Gürcüstanda koronavirusun Hindistan ştammına yoluxmalarla bağlı bir neçə şübhəli hal araşdırılır.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbər müavini Paata İmnadze məlumat verib.
Onun sözlərinə görə, təhlükəli növə yoluxma faktı hələ təsdiqlənməyib.
P.İmnadze qeyd edib ki, şübhəli faktlarla bağlı laborator və molekular araşdırmaların bu həftənin sonunda başa çatdırılacağı gözlənilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button