Dünya

Gürcüstanda iyulun 5-dən kütləvi vaksinasiya başlayır

İyulun 5-dən etibarən Gürcüstan əhalisinin koronavirusa qarşı peyvəndlənməsi prosesinə start veriləcək.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaaribaşvili brifinqdə məlumat verib.
Onun sözlərinə görə, vaksin vurdurmaq üçün qeydiyyat sabahdan başlayacaq.
Hökumət başçısı ölkəyə milyon doza “Sinovac” və “Sinopharm” preparatının çatdırıldığını bildirib:
“Bu ilin sonuna qədər 4 milyon dozaya yaxın vaskin tədarük olunacaq”.
İ.Qaribaşvili qeyd edib ki, bu ilin sonuna qədər ölkə əhalisinin 60 %-i vaksinasiyadan keçəcək.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button