Dünya

Gürcüstanda karantin qadağaları sərtləşdirilir

Bu gündən Gürcüstanda ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstan Nazirlər Kabinetinin (NK) mətbuat xidməti məlumat yayıb.

Qərar ölkədə koronavirusla bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar verilib.

“Yeni qaydalar mayın 3-dən 12-nə qədər tətbiq olunacaq. Qadağa taksilərə və şəhərlərarası nəqliyyata təsir etməyəcək”, – deyə NK-dan bildirilib.

Xatırladaq ki, mart ayından Gürcüstanda koronavirusa yoluxma artır. Aprelin ortalarından ölkədə koronavirusun 3-cü dalğası xəbərdarlığı edilib.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button