Dünya

Gürcüstanda koronavirusa 1 194 yeni yoluxma qeydə alınıb, 22 nəfər ölüb

Gürcüstanda son sutkada daha 1 194 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 678 nəfər müalicə olunaraq sağalıb, 22 pasiyent ölüb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Qonşu ölkədə indiyədək COVID-19 infeksiyası 365 068 nəfərdə aşkarlanıb. Onların 351 144-ü sağalıb, 5 297-si vəfat edib.
Ötən 24 saat ərzində 30 minə yaxın test yoxlaması aparılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button