Dünya

Gürcüstanda koronavirusa 307 yeni yoluxma qeydə alınıb, 24 nəfər ölüb

Gürcüstanda son sutkada daha 307 nəfərə koronavirus diaqnozu qoyulub, 24 pasiyent vəfat edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Qonşu ölkədə pandemiya başlayandan bu günədək COVID-19 infeksiyasına 349 405 nəfər yoluxub, onların 4 934-ü dünyasını dəyişib.
Ötən 24 saat ərzində xəstəlikdən 1 014, ümumilikdə 334 519 nəfər sağalıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button