Dünya

Gürcüstanda koronavirusa 794 yeni yoluxma qeydə alınıb, 22 nəfər ölüb

Gürcüstanda ötən sutkada daha 794 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 498 nəfər sağalaraq evə buraxılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 353 443 nəfər yoluxub, onların 338 318-i sağalıb.
Son 24 saat ərzində virusun səbəb olduğu ağırlaşmalardan vəfat edənlərin sayı 22 nəfər artaraq 5 034 olub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button