Dünya

Gürcüstanda koronavirusa sutkalıq yoluxma azalıb

Gürcüstanda ötən sutkada koronavirusa 508 yeni yoluxma halı təsdiqlənib, 17 nəfər vəfat edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Qonşu ölkədə indiyədək COVID-19 infeksiyası 340 838 nəfərdə aşkarlanıb, onların 4 699-u ölüb.
Son 24 saat ərzində xəstəlikdən daha 1 481 nəfər sağalıb və sağalanların ümumi sayı 323 409-a çatıb.
Qeyd edək ki, ötən gün sutkalıq yoluxma sayı 1 015 olub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button