Dünya

Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 1 800-ü ötüb

Gürcüstanda ötən sutka ərzində daha 1 862 nəfərdə koronavirus aşkarlanıb, 619 nəfər müalicə olunaraq sağalıb, 11 pasiyent vəfat edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 379 673 yoluxma halı təsdiqlənib. Yoluxanların 360 558-i sağalıb, 5 479-u isə dünyasını dəyişib.
Bu günə olan aktiv xəstə sayı 13 610 nəfər təşkil edir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button