Dünya

Gürcüstanda koronavirusa yoluxanların sayı 343 mini ötüb

Gürcüstanda son sutkada koronavirusa 723 yeni yoluxma halı təsdiqlənib, 1 407 nəfər müalicə olunaraq sağalıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 343 603 nəfər yoluxub, onların 326 423-ü sağalaraq evə buraxılıb.
Ötən 24 saat ərzində virusun səbəb olduğu ağırlaşmalardan daha 18 nəfər vəfat edib və ümumi ölüm sayı 4 757-yə çatıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button