Dünya

Gürcüstanda MSK sədrinin seçilməsi qaydası dəyişir

Gürcüstanın Mərkəzi Seçki Komissiyasına (MSK) sədrin seçilməsi qaydasına dəyişiklik edilir.
“Report”un yerli bürosu xəbər verir ki, yeni qayda ölkənin seçki sistemində islahatlara dair sənəddə əks olunub.
Qüvvədə olan qanuna əsasən, MSK sədrini komissiyanın üzvləri seçir. Sədrin seçilmədiyi təqdirdə proses qanunverici orqana ötürülür.
Dəyişikliklərə əsasən, MSK-ya sədr Gürcüstan prezidentinin təqdimatı əsasında və açıq müsabiqə yolu ilə seçiləcək. Sədrin səlahiyyət müddəti 5 il olacaq.
MSK üzvlərinin sayı sədr, onun iki müavini və bir katib olmaqla ən azı 17 nəfərədək artırılacaq. Bir sədr müavinini və katibi parlament, digər müavini isə müxalifət partiyaları seçəcək.
Sənəd tövsiyələr üçün ötən gün Venesiya Komissiyasına göndərilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button