Dünya

Gürcüstanda münaqişənin həlli üzrə dövlət strategiyası hazırlanacaq

Gürcüstanda işğala son qoyulması və münaqişənin sülh yolu ilə həlli üzrə dövlət strategiyası hazırlanacaq.
“Report”un yerli bürosu xəbər verir ki, baş nazir İrakli Qaribaşvilinin qərarı ilə bununla bağlı hökumət komissiyası yaradılıb.
Komissiya çərçivəsində fəaliyyət göstərəcək işçi qrup ilin sonunadək ictimaiyyətin cəlb olunması ilə inklüziv də dövlət strategiyası hazırlayacaq. Komissiya və işçi qrupa Xarici İşlər Nazirliyi rəhbərlik edəcək.
Sənədin hazırlanmasında dövlət qurumları, həmçinin vətəndaş cəmiyyəti – araşdırma mərkəzləri, QHT-lər, ekspertlər, münaqişədən zərər çəkənlər də iştirak edəcəklər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button