Dünya

Gürcüstanda Nizami Gəncəviyə həsr olunan rəsm müsabiqəsi elan olunub

Azərbaycanın Gürcüstandakı səfirliyi dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı rəsm müsabiqəsi elan edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin məlumatında bildirilib.
Müsabiqədə iştiraka Gürcüstanın 15 yaşdan yuxarı vətəndaşları dəvət olunub. Nizami Gəncəviyə və onun əsərlərinə həsr olunan ən yaradıcı rəsm əsərləri təqdim edəcək iştirakçılar diplom, müxtəlif hədiyyələr və sertifikatlarla təltif olunacaqlar.
Müsabiqənin nəticələri iyulun 6-da açıqlanacaq.
Mövzu üzrə rəsm əsərləri iyulun 4-dək səfirlikdə (ünvan: Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 4) qəbul olunacaq.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button