Dünya

Gürcüstanda “oğru dünyası” ilə əlaqəli şəxslər saxlanılıb

Gürcüstanın Kutaisi şəhərində “oğru dünyası”na üzv olmaqda ittiham edilən üç nəfər saxlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
İstintaqla müəyyən edilib ki, həmin şəxslər Kutaisidəki kafe-barın indiki sahibi və onun keçmiş ortağı arasında mübahisənin həllinə müdaxilə ediblər. Obyektin sahibindən keçmiş ortağına müəyyən məbləğdə pul ödəməsi tələb olunub.
Saxlanılan şəxslərin ikisi əvvəllər dəfələrlə məhkum edilib. Onların evlərində aparılan axtarışlar zamanı mobil telefonlar və kompüter avadanlıqları müsadirə olunub.
Faktla bağlı cinayət işi açılıb. Törədilən cinayət əməlinə görə 7 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button