Dünya

Gürcüstanda “qanuni oğru”lara qarşı əməliyyat keçirilib, 13 nəfər saxlanılıb

Gürcüstanda “oğru dünyası” ilə əlaqəli 13 şəxs saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən məlumat verilib.

Həmin şəxslər Tbilisi, Telavi və Kutaisidə həyata keçirilmiş xüsusi əməliyyatlar zamanı yaxalanıblar.

Saxlanılan şəxslərdən 4 avtomobil və silah-sursat maddi sübut kimi müsadirə edilib. Onları 7 ildən 10 ilədək həbs cəzası gözləyir.

Bununla yanaşı, xaricdə yaşayan “Qlexoviç” ləqəbli gürcü “qanuni oğru”ya qiyabi ittiham irəli sürülüb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button