Dünya

Gürcüstanda Ramazan bayramı namazları qılınıb

Gürcüstan müsəlmanları Ramazan bayramını qeyd edirlər.
“Report”un yerli bürosu xəbər verir ki, Tbilisi, Batumi və Kvemo Kartli bölgəsinin məscidlərində bayram namazları qılınıb.
Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) Ramazan təbriki yayaraq hər bir müsəlmana əmin-amanlıq, cansağlığı, firəvanlıq və xoşbəxtlik arzulayıb.
Tbilisidə Cümə məscidində qılınan namazda GMİ sədri, şeyx Hacı Ramin İgidov iştirak edib. O, bayram münasibətilə müsəlmanları təbrik edib, onların müqəddəs ayda etdikləri dualar və tutduqları orucların Allah tərəfdən qəbul olunmasını diləyib.
Bayram münasibətilə Acarıstanın hökumət başçısı Tornike Rijvadze Batumi məscidinə baş çəkib və müsəlman həmvətəndaşlarına təbriklərini çatdırıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button