Dünya

Gürcüstanda vəfat edən operatorun ilkin ölüm səbəbi açıqlanıb

Gürcüstanda ötən gün vəfat edən “Pirveli” telekanalının operatoru Lekso Laşkaravanın ölümünə səbəb narkotik vasitələrdən həddindən artıq istifadə olub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyində keçirilən brifinqdə məlumat verilib.
Bildirilib ki, mərhumun qanında morfin, kodein, qabapentin və digər narkotik tərkibli dərmanlar aşkarlanıb. Eskpertiza rəyinin aralıq xarakter daşıdığı vurğulanıb.
Qeyd edək ki, L.Laşkarava iyulun 5-də Tbilisidə cinsi azlıq əleyhdarlarının törətdikləri iğtişaşlar zamanı fiziki təzyiqə məruz qalıb. O, bir neçə gün xəstəxanada müalicə olunandan sonra evə yazılıb. Telekanal əməkdaşının döyülməsi faktı üzrə 5 nəfər saxlanılıb.
Mətbuat nümayəndəsinin vəfatından sonra Gürcüstanda vəziyyət gərginləşib. Tbilisidə parlamentin binası qarşısında hökumətin istefası tələbi ilə artıq ikinci gündür aksiya keçirilir.
Baş nazir İrakli Qaribaşvili zorakılıq və təxribatlarda iştirak edən bütün şəxslərin cəzalandırılacağına söz verib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button