Dünya

Gürcüstanın əsas müxalifət partiyası parlamentə daxil olmağa qərar verdi

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyası (VMHP) parlamentdə təmsil olunacaq.
“Report”un yerli bürosu xəbər ki, bu barədə qərar partiyanın Siyasi Şurasının bu gün keçirilən iclasında qəbul edilib.
VMHP sədri Nika Meliya bildirib ki, partiya parlament seçkilərində əldə etdiyi mandatlardan istifadə etməyə qərar verib və bu, ən doğru qərardır.
Qeyd edək ki, müxalif partiya ötən ilin oktyabrında keçirilən parlament seçkilərinin nəticələrini tanımayaraq, qazandığı 30-dan çox deputat mandatından imtina etmişdi.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button