İqtisadiyyat

Gürcüstanın Azərbaycana borcu açıqlanıb

Bu ilin mart ayında Gürcüstanın Azərbaycana borcu dəyişməyərək aprelin 1-nə 5,054 milyon ABŞ dolları təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilir.

Sənəddə həmçinin deyilir ki, hazırda Gürcüstanın xarici dövlət borcu 7,7 milyard dollardır ki, bunun da 7,3 milyard dolları hökumətin payına düşür.

Qonşu ölkənin Türkiyə, Rusiya və Ermənistana olan borcu da aylıq müqayisədə dəyişməyərək müvafiq olaraq 9,766 milyon ABŞ dolları, 37,468 milyon ABŞ dolları və 5,1 milyon ABŞ dolları qalıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button