Dünya

Gürcüstanın baş naziri Ermənistandadır  | Report.az

Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin Ermənistana rəsmi səfəri başlayıb.
“Report”un yerli bürosu xəbər verir ki, Yerevanın “Zvartnots” hava limanında hökumət başçısını Ermənistan baş nazirinin müavini Tiqran Avinyan qarşılayıb.
İ.Qaribaşvili səfər zamanı Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan və xarici işlər naziri vəzifəsini yerinə yetirən Ara Ayvazyanla görüşəcək.
Baş naziri səfərdə müavini, xarici işlər naziri David Zalkaliani müşayiət edir. XİN başçısının erməni həmkarı ilə təkbətək görüşü planlaşdırılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button