Dünya

Gürcüstanın baş naziri: “NATO-ya üzvlüyə hazırlaşırıq”

“Uzun illərdir ki, NATO Gürcüstanın dayanıqlı inkşafında fəal iştirak edir”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Brüssel forumunda çıxışında deyib.
O, Gürcüstanın Alyansla əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirib: “Bu, aspirant ölkə kimi bizim üçün çox aktualdır, belə ki, biz NATO-ya üzvlüyə hazırlaşırıq”.
Hökumət başçısı qeyd edib ki, yalnız Gürcüstan deyil, region, Avropa və digər ölkələr yeni təhlükəsizlik təhdidləri ilə üzləşirlər və özlərinə müdafiə üçün vasitələr axtarırlar.
İ.Qaribaşvilinin sözlərinə görə, Qərbin hətta ən güclü demokratik ölkələri yeni çağırışların öhdəsindən gələ bilmirlər: “Gürcüstan çətin dövrlərdə inanılmaz dayanıqlıq nümayiş etdirdi. Demokratik institutların möhkəmləndirilməsi, iqtisadi inkişaf və modernləşdirilməyə dəstək xarici təhdidlərə daha dayanıqlı olmağımız üçün göstərdiyimiz ən vacib səylərimizdəndir”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button