Cəmiyyət

Gürcüstanın baş naziri ölkə müsəlmanlarını təbrik edib

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Ramazan bayramı münasibətilə ölkənin müsəlman icmasının nümayəndələri ilə görüş keçirib.
“Report”un yerli bürosu xəbər verir ki, görüşdə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşakmadze də iştirak edib.
Hökumət başçısı müsəlman həmvətəndaşlarını Ramazan bayramı münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıb. İ.Qaribaşvili deyib ki, Gürcüstanda müsəlman və xristianlar tarixən bir-birlərinin dini etiqadlarına qarşılıqlı hörmət şəraitində yaşayıblar.
Qərbi Gürcüstan üzrə müfti Adam Şantadze görüşün təşkilinə görə baş nazirə minnətdarlığını bildirib. O, Gürcüstanın bu gün də mədəni, etnik və dini müxtəlifliyi ilə fərqləndiyini qeyd edib: “Müxtəlif dinlərə mənsub olan insanlar Gürcüstanda həmişə qardaşlıq və dostluq mühitində yaşayıblar və bu da vahid güclü dövlətin qurulmasına kömək edib”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button