Dünya

Gürcüstanın baş naziri Qardabanidədir -YENİLƏNİB

“Gürcüstanda kənd sakinlərinin dövlət xidmətlərindən istifadə etməsi üçün tezliklə “Mobil ədliyyə evi” layihəsinə start veriləcək”.
“Report”un yerli bürosunun xəbərinə görə, bunu ölkənin ədliyyə naziri Rati Breqadze Qardabanidə Ədliyyə evinin açılış mərasimində deyib.
O, kəndlərdə xüsusi avadanlıqlarla təchiz edilmiş mini avtobusların xidmətləri yerində göstərəcəyini bildirib: “Bu o deməkdir ki, Gürcüstan dövləti daha çox insana xidmətlər təqdim edəcək və bundan həm ölkə vətəndaşları, həm də qonaqlar yararlana biləcəklər”.
Qeyd edək ki, Qardabanidə açılan Ədliyyə evi Kvemo Kartli bölgəsində artıq dördüncü filialdır. Rustavi, Marneuli və Bolnisidə ədliyyə evləri fəaliyyət göstərir.
10:08

Gürcüstanın baş naziri İrakli Qaribaşvili azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonuna səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, hökumət başçısı rayon mərkəzində yeni inşa olunan Ədliyyə evinin açılış mərasimində iştirak edir.

İ.Qaribaşvili çıxışında idarənin açılışı münasibətilə Ədliyyə Nazirliyi və Qardabani sakinlərini təbrik edib. O, regionların inkişafının hökumətin əsas prioritetlərindən biri olduğunu qeyd edib.

Tədbirə parlamentin sədri Kaxa Kuçava, Kvemo Kartli qubernatoru Şota Rexviaşvili, Azərbaycan səfiri Faiq Quliyev, deputatlar – Zaur Darğallı, Savalan Mirzəyev, Qardabani bələdiyyəsi, diplomatik korpusun nümayəndələri və digər rəsmi şəxslər də qatılıblar.

Yeni Ədliyyə evi Gürcüstan üzrə 26-cı, Kvemo Kartli bölgəsi üzrə isə 4-cü filialdır. Müasir standartlara uyğun tikilmiş idarədə vətəndaşlara dövlət və özəl sektoru əhatə edən 450 xidmət göstəriləcək.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button