Dünya

Gürcüstanın baş nazirinə yeni müavinlər təyin olunub

Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə iki yeni müavin təyin olunub.
“Report”un yerli bürosu xəbər verir ki, o, bu barədə hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, bu gündən müavin postlarını mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani və ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvli tutacaq.
Bununla İ.Qaribaşvilinin müavinlərinin sayı 3 nəfərə çatıb. Xarici işlər naziri David Zalkaliani də baş nazirin müavinidir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button