Dünya

Gürcüstanın hakim partiyası və nazirindən Dmanisidəki problemə reaksiya

“Dmanisidə baş verənləri etnik xalqlararası qarşıdurmaya çevirməyə cəhdlər olub”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu hakim Gürcü Arzusu Partiyasının fraksiyası rəhbəri Mamuka Mdinaradze deyib.
O, rayondakı problemin aradan qaldırıldığını bildirib.
Hakim partiya rəsmisi qeyd edib ki, etnik məsələlər həssas yanaşma tələb edir: “Belə məsələlərdə hamı siyasi baxışından asılı olmayaraq, bir yerdə olmalıdır”.
Dmanisidə insidentin aradan qaldırılmasını Gürcüstanın barışıq və vətəndaş bərabərliyi üzrə dövlət nazirinin aparatı da alqışlayıb. Qurumun yaydığı bəyanatda bildirilib ki, hadisələrin etnik kontekstdə təqdim olunması üçün müxtəlif şəxslər yolverilməz qiymətləndirmələr ediblər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button