Dünya

Gürcüstanın sabiq baş nazirinin partiyası mayın 29-da təqdim olunacaq

Gürcüstanın keçmiş baş naziri Giorgi Qaxariyanın partiyasının təqdimat mərasimi mayın 29-da keçiriləcək.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.
Bildirilib ki, tədbir sabah – Gürcüstanın Müstəqillik gününə təyin olunsa da, daha sonra tarix dəyişdirilib. Siyasi təşkilatın adının “Gürcüstan üçün birləşək” olacağı gözlənilir.
Qeyd edək ki, G.Qaxariya 2019-cu ilin sentyabrından bu ilin fevralın 18-dək Gürcüstanın baş naziri olub. İstefadan sonra o, siyasətdən getməyə hazırlaşmadığını bildirib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button