Dünya

Gürcüstanın Seçki Məcəlləsinə düzəlişlər qəbul olundu

Gürcüstan parlamentinin bugünkü növbədənkənar iclasında seçki islahatları ilə bağlı qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
“Report”un yerli bürosu xəbər verir ki, sənədi 86 deputat dəstəkləyib, 3 nəfər isə əleyhinə səs verib.
Müxalif “Vahid Milli Hərəkat Partiyası – Güc birlikdədir” və “Lelo” fraksiyaları islahatları dəstəkləməyib.
Seçki Məcəlləsinə edilən əsas düzəlişlərə görə, Mərkəzi Seçki Komissiyasının tərkibi yeni qayda ilə təşkil olunacaq, səsvermədə elektron texnologiyalar tətbiq ediləcək, təbliğat-təşviqat kampaniyasında inzibati resursların istifadəsi qadağan olunacaq.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button