Dünya

Gürcüstanın XİN başçısı Ukraynaya səfərə gedir

Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani bu gün Ukraynaya rəsmi səfər edəcək.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
XİN başçısı ikigünlük səfər çərçivəsində Kiyevdə keçirəcək bir sıra görüşlərdə Gürcüstan-Ukrayna strateji tərəfdaşlıq, müxtəlif sahələrdə əməkdaşlıq və əlaqələrin dərinləşdirilməsi perspekrivlərini müzakirə edəcək.
D.Zalkaliani Moldova, Gürcüstan və Ukrayna xarici işlər nazirlərinin üçtərəfli görüşünə də qatılacaq. Nazirlər Avropa İttifaqı ilə iqtisadi və sektoral inteqrasiyanın gücləndirilməsi üçün gələcək əməkdaşlıq və qarşıdan gələn “Şərq Tərəfdaşlığı” sammitinə hazırlıq məsələlərini müzakirə edəcəklər. Onlar həmçinin bölgədə təhlükəsizlik mühiti və mövcud çağırışlar ətrafında da fikir mübadiləsi aparacaqlar.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button