Dünya

Gürcüstanın yeni milli təhlükəsizlik konsepsiyası hazırlanıb

“Gürcüstanın yeni milli təhlükəsizlik konsepsiyasının ilkin variantı hazırlanıb”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Vaxtanq Qomelauri deyib.
Onun sözlərinə görə, sənəd Milli Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasında müzakirə olunub: “Sənəd hazırda aidiyyəti qurumlarla razılaşdırılır. Konsepsiyanın parlamentin payız sessiyasının gündəliyinə daxil edilməsi planlaşdırılır”.
Nazir həmçinin qeyd edib ki, Gürcüstana qarşı təhdidlərin qiymətləndirilməsi üzrə sənədin də yenilənməsi üzrə işlər aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button