Gündəm

Həddini bil… – XİN-dən Şuşa açıqlaması

“Qonşu ölkələrin rəhbərlərinin səfərini şərh etmək Ermənistan Xarici İşlər Nazirliyinin həddi deyil”. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa səfərinə dair açıqlamasına münasibət bildirərkən belə deyib. Onun sözlərinə görə, ölkə öz ərazilərini işğal edə bilməz, yalnız işğaldan azad edər.

“Ermənistan XİN-ə öz ölkələri də daxil olmaqla, üç ölkə lideri tərəfindən imzalanmış birgə bəyanatlarla yaxından tanış olmalarını, bu bəyanatların icrasına yönəlik addımlar atmalarını tövsiyə edirik. Ermənistanın illüziyalara söykənərək deyil, real vəziyyəti dərk edərək davranması gərəkdir. Azərbaycan və Türkiyə prezidentlərinin Şuşada imzaladığı Birgə Bəyannamə də məhz sülh və təhlükəsizliyin, yeni əməkdaşlıq imkanlarının təşviq edilməsinə yönəlib”, – XİN rəsmisi vurğulayıb.

Ermənistan XİN Azərbaycan və Türkiyə prezidentlərinin Şuşaya səfərini bölgədə sülhə və təhlükəsizliyə qarşı təxribat kimi dəyərləndirib, onların münasibətlərin normallaşdırılması haqqında bəyanatlarının yalan xarakter daşıdığını bildirib. Açıqlamada qeyd olunur ki, Yerevan münaqişənin ATƏT-in Minsk qrupu sədrliyi altında həllini istəyir.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button