İdman

“Hələ bir neçə müayinədən keçməliyəm”

“Dəstəyinizə görə çox sağ olun: bu mən və ailəm üçün çox şey deməkdir”.
Apasport.az saytının məlumatına görə, bunu Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen tvitter səhifəsində yazıb.
AVRO-2020-nin Finlandiyaya qarşı keçirilən ilk oyununda huşunu itirərək yerə yıxılan və bir müddət ürəyi dayanan ulduz futbolçunu həkimlərin səyi nəticəsində həyata qaytarmaq mümkün olub.
Hazırda xəstəxanada müayinə olunan Danimarka yığmasının aparıcı futbolçusu paylaşımında özünü daha yaxşı hiss etdiyini yazıb: “Xəstəxanada hələ bir neçə müayinədən keçməliyəm, amma özümü yaxşı hiss edirəm. İndi növbəti matçlarda komandamıza azarkeşlik edəcəyəm. Danimarka kimi oynayın!”.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button