İdman

“Həm azərbaycanlılar, həm də türkiyəlilər üçün qrupdan çıxmaq istəyirik”

“Hazırda zədə və digər səbəblərdən bizimlə birlikdə olmayanlar var. Amma sərəncamımızda 30 futbolçu var. Onlarla hazırlığımızı davam etdiririk”.Apasport.az saytının məlumatına görə, bunu Türkiyə yığmasının baş məşqçisi Şenol Günəş Azərbaycanla keçiriləcək yoldaşlıq görüşü öncəsi mətbuat konfransında deyib.AVRO-2020-nin hazırlığına start verən “ay-ulduzlular” təlim-məşq toplanışı çərçivəsində ilk sınaq matçını sabah Alanyada millimizə qarşı keçirəcək.Oyunöncəsi mətbuat konfransında təcrübəli mütəxəssis fikrini bu sözlərlə davam etdirib: “AVRO-2020-nin İtaliya ilə ilk oyununa qədər heyətdə hansısa problem yaranarsa, o zaman dəyişikliyə əl atmalı olacağıq. Bəzi oyunçularımız düşərgəyə zədəli qoşulmuşdu. Bütün heyət cümə günündən birlikdə məşq edəcək. Məsələn, deyə bilərəm ki, Azərbaycanla sabahkı qarşılaşmada Zəki Çeliklə yox, Mərt Müldürlə başlayacağıq. Hazırda heyətdə olan oyunçulardan 4-nün bizimlə birlikdə turnirə yollanmayacağına üzülürük. Biz bir kollektivik, hamımız tək adam kimiyik. Kim oynayır-oynasın, yeganə məqsədimiz uğur qazanmaq olacaq. Bu gün də Azərbaycanla qarşılaşacağıq. Biz tək millət, iki dövlətik. Azərbaycan yığmasına “xoş gəldiniz” deyirəm”.- Yoldaşlıq görüşlərində hansı problemlərin həllinə çalışacaqsınız? Rəqiblər çatışmazlıqları aradan qaldırmaq üçün seçilib?- Azərbaycanla oyun mütləq keçirilməli idi. Əslində keçən il onlarla oynamalı idik. Həmin vaxt alınmadı. Amma verdiyimiz söz var idi, bunu yerinə yetiririk. Sürpriz kimi görünən komandalar sürpriz edə bilərlər. Azərbaycan yığmasını mən də yaxından tanımıram. “Qarabağ”ın oyunlarını izləmişəm. Bu mövsüm “Neftçi” çempion oldu. Rəqibimizin oyunçularının çoxu yerli çempionatda çıxış edir. Onların futbolçularını da tanımaq istəyirəm. Çünki iki ölkənin futbolu arasında əlaqələr genişlənir. Azərbaycan çətinliklə uduzan, yaxşı müdafiə olunan komandadır. Dostluq çərçivəsində gözəl oyun göstərmək istəyirik”.- Mətbuat konfransını Azərbaycandan canlı izləyirlər. Bütün Azərbaycan da Avropa çempionatını səbirsizliklə gözləyir. Buradan onlara nə sözünüz var?- Arzumuz qrupdan çıxmaqdır. Ondan sonra mümkün qədər irəliləmək istəyirik. Bunda oradakı azarkeşlərə də iş düşür. Onların bizi dəstəkləməsini istəyirəm. Bu dəstəyin də öz oyunçuları anlayışı çərçivəsində olmasını arzulayıram. Həm azərbaycanlılar, həm də türkiyəlilər üçün qrupdan çıxmaq istəyirik. Hamımızın birlikdə əl-ələ verib, Bakıdakı hər iki görüşdə qələbə qazanaraq sevinməyimizi istəyirəm. Azərbaycanlı qardaşlarıma salamlarımı göndərirəm.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button