Dünya

HƏMAS Təl-Əviv istiqamətində 130 raket atıldığını elan edib

HƏMAS-ın silahlı qanadı “İzzəddin al-Kassam briqadaları” İsrailin Təl-Əviv şəhərinə və onun ətrafına tərəf 130 raket buraxdığını elan edib.
“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Agentlik bildirib ki, Təl-Əvivdə hava həyəcanı siqnalı eşidilir.
Daha əvvəl İsrailin baş naziri Binyamin Netanyahu bildirib ki, ölkə Qəzza sektorunda hərbi qüvvələrinin sayını və zərbələrin tezliyini artırmaq niyyətindədir.
Qəzza sektorunda eskalasiya bazar ertəsi axşam saatlarında başlayıb. Bu, son illər ərzində ən böyük hərbi qarşıdurmalardandır. Çərşənbə axşamı səhər İsrail Qəzza sektorundan ölkə ərazisinə 200-dən çox raketin buraxıldığını bildirib. Buna cavab olaraq İsrail hərbçiləri Fələstinin 130 hərbi hədəfinə zərbələr endiriblər. Nəticədə HƏMAS-ın 15 silahlısı həlak olub.
İsrail hökuməti müxtəlif bölmələrin gücləndirilməsi üçün ehtiyatda olan 5 min hərbçini orduya çağırıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button