İdman

“Hər iki oyun o qədər ürəkaçan olmadı”

“Çoxdan idi azarkeşlərimiz üçün darıxmışdıq. Onlar da bizi tək qoymadılar. Bu, möhtəşəm idi”.
Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov Çempionlar Liqasının I təsnifat mərhələsində Tbilisi “Dinamo”su ilə keçirilən oyun barədə danışarkən deyib.
Gürcüstanda olduğu kimi, öz meydanında da qələbə qazanan (2:1) bakılılar II raundda Yunanıstan klubu “Olimpiakos”a rəqib olub.
Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Abasovun qalibiyyət şərhi belə olub: “Futbolçular ayrı-ayrılıqda sağ olsunlar. Fasilədən sonra ağır oyunlara çıxmaq özü həyəcanlı idi. Bunun da öhdəsindən gəldilər. Bəzi epizodlar ürəkaçan olmadı. Amma bu, oyundan-oyuna yaxşılaşacaq. Komanda gücləndikcə daha yaxşı olacağıq. Hər iki oyun o qədər ürəkaçan olmadı. Amma bunu başa düşmək olar. Azarkeşlərimizi də təbrik edirik. Əsas nəticə idisə, futbolçular da bunu əldə etdilər”.
– “Neftçi” ayılmaq üçün mütləq qol buraxmalı idi? Adətən komanda son dəqiqələrdə yorulur, sizdə əksinə oldu.- Bəlkə ilk oyundakı nəticə bizi ehtiyatlı oyuna vadar etdi ki, tələsməyək. Amma qol buraxandan sonra oyunu xilas etmək istədik. Bugünkü oyunu kimlərə görə niyə oynamalı olduğumuzu uşaqlara oyundan əvvəl demişdim. Onlara bir az gec çatsa da, bunu bacardıq.
– Harramiz hər iki oyunda fərqli mövqelərdə oynadı. Bu nədən qaynaqlandı?- Harramiz universal futbolçudur. Bu oyunda Ömərə bəzi taktiki tapşırıqlar vermişdim, o da öhdəsindən gəldi. Əlimizdə 2-3 ehtiyat oyunçu var. Bəzən kimisə məcburiyyətdən oynadırsan. Bu, Harramizlə bağlı deyil. Matçlar keçdikcə yeni gələnlərin nəyə qadir olduğunu daha yaxşı biləcəyik.
– Hər iki oyunda bir növ bəxtimiz gətirdi. Növbəti mərhələdəki rəqib “Olimpiakos” bu səhvləri bağışlamır. Həmin görüşdə müdafiədəki səhvləri necə aradan qaldıracaqsınız?- Ümid edək ki, “Olimpiakos” da bizi bağışlayar. Çalışacağıq həmin görüşə qədər səhvləri aradan götürək. Bu cür şansları yunanlar yüz faiz bağışlamaz. 
– Oyundan əvvəl də, bu gün də həyəcan deyirsiniz. “Dinamo” isə dağ başına qoyulacaq komanda deyil…- Bizdə Honda kimi oyunçu yoxdur ki, çıxıb oyunu həll etsin. Komanda daxilində təşviş yaranır. Bu da avrokubokdakı oyunla bağlıdır. “Dinamo” yaxşı komandadır, meydanda kollektiv şəkildə lazım olan işi görə bilirlər. Bu, turnirin həyəcanıdır. Birdən-birə azarkeşlərə icazə verirlər. Uzunmüddətli fasilədən sonra Gürcüstanda meydana çıxdıq. Biz bu gün yaxşı vəziyyətdə deyilik.
– “Olimpiakos”la oyuna qədər transfer gözlənilir?- Bəli, gözlənilir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button