Gündəm

Hərbçilər qəzaya düşüb 

Daxili Qoşunların hərbçiləri bu gün, iyulun 17-də  qəzaya düşüb. 

Bu barədə məlumatı  Daxili İşlər Nazirliyindən (  DİN ) də   “Turan” Agentliyinə təsdiqləyiblər.  

 Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov  bildirib ki,  günorta saatlarında Göygöl rayonunun Aşıqlı kəndində Daxili İşlər Nazirliyi Daxili Qoşunlarına məxsus “Ural” markalı avtomobil aşıb. 

Onun sözlərinə görə, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub : 

“Hadisə nəticəsində 15 nəfər hərbi qulluqçu müxtəlif növ xəsarətlər alıb. Onlardan 12-nin xəsarətləri yüngül olduğundan yerindəcə tibbi yardım göstərilib. Digər 3 nəfərin vəziyyəti orta-ağır olduğundan hospitala yerləşdirilib. Xoşbəxtlikdən hadisə zamanı ölən olmayıb”. 

E. Zahidov habelə qeyd edib ki, faktla bağlı araşdırma aparılır. 

Bu açıqlamaya, hələlik, sürücünün və  qəzaya düşən digərlərinin münasibətini almaq mümkün olmayıb.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button