Gündəm

Hərbi Dəniz Qüvvələrinin təlimləri başlayıb

İyunun 22-dən Hərbi Dəniz Qüvvələrində (HDQ) taktiki təlimlər başlayıb. Xəbəri Müdafiə Nazirliyi verib.

Məlumata görə, təlimlərin məqsədi Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və HDQ birləşmələri tərəfindən birgə döyüş əməliyyatlarının aparılmasıdır.

Bildirilir ki, iki mərhələli təlimlərdə döyüş fəaliyyətlərinin təşkili və qüvvələrin döyüşdə idarə olunması üzrə komandirlərin və qərargahların bacarıqları da təkmilləşdiriləcək.

Təlimlər iyunun 23-dək davam edəcək.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button