Gündəm

Hərbi qulluqçu yaralanıb

Azərbaycan Naxçıvan istiqamətində yenə mövqelərinin vurulduğunu bildirilir.

Müdafiə Nazirliyi-nin məlumatına görə, iyulun 19-u saat 23:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub:

“Nəticədə Azərbaycan ordusunun hərbi qulluqçusu baş leytenant Bədəlli Ramal Bəhlul oğlu ayağından yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub. ”

Açıqlamaya görə, cavab atəşi açılıb, hazırda bu istiqamətdə vəziyyət sabitdir.

Bu açılamaya, hələlik, Ermənistan tərəfindən münasibət bəlli deyil.

Bundan əvvəl, iyulun 19- da həm Azərbaycan həm də Ermənistan gündüz və axşam saatlarında Naxçıvan istiqamətində mövqeylərinin atəşə tutulduğunu açıqlamışdılar.

Son həftələr Azərbaycanla Ermənistan arasında yenidən gərginliyin artdığı müşahidə olunur. Artıq, tez-tez istər  iki ölkə arasında sərhəddə, istərsə də Qarabağda atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddilar səslənir. Hətta, bundan öncə də  ölən və yaralanının olduğu  bildirilib. 

Xatırlatma 

2020-ci ildə İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. 

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. 

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button