Cəmiyyət

Hərbi səbəblərlə əlaqədar əlillik alanların təkrar müayinəsinin məqsədi açıqlanıb

“Hərbi səbəblərlə əlaqədar əlilliyi olan şəxslərin əyani müayinəsində əsas məqsəd sui-istifadə edən şəxslərin aşkarlanmasıdır”.
“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib.
O bildirib ki, bu müayinələr zamanı bəzi hallarda hiper diaqnostikaya yol verildiyi, yaxud şəhadətnamələrdə yazılan diaqnozla vətəndaşın müraciət etdiyi diaqnozun fərqli olması müəyyən edilir: “Hərbi səbəblərlə əlaqədar əlillik müayinələri açıqdır. İctimai Şuranın üzvləri bu müayinələrdə iştirak edir. Digər qurumların üzvləri də prosesdə mütamədi iştirak edir. Tam şəffaf və obyektiv keçməsinə şahid olurlar”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button