Cəmiyyət

Hacıqabulda iki yaşlı uşaq qaynar çaydanı üstünə aşırıb

Hacıqabul rayonunda azyaşlı ehtiyatsızlıqdan ağır yanıq xəsarətləri alıb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Hacıqabul şəhəri, Savalan küçəsi 10-da qeydə alınıb.
Həmin ünvanda yaşayan, 2019-cu il təvəllüdlü Əmirli Səid Seymur oğlu valideynlərinin nəzarətindən yayınaraq qaynar çaydanı üstünə aşırıb.
Nəticədə uşaq müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Azyaşlı Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button