Cəmiyyət

Hacıqabulda Türkiyə vətəndaşı qəza törətdi, xəsarət alanlar var – VİDEO

Hacıqabul rayonunda xəsarətlə nəticələnən yol qəzası olub
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Padar-Çöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Türkiyə Respublikası vətəndaşının (ad və soyadı dəqiqləşdirilir-red) idarə etdiyi TIR yük maşını Ağsu sakini, 50 yaşlı sürücü Həsənov Əmrah Polad oğlunun idarə etdiyi “Qazel” markalı avtomobilə arxadan çırpılıb. Nəticədə “Qazel” yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü və onun sərnişini, 65 yaşlı Şamaxı sakini Rəfiyev Vəkalət Ənvər oğlu müxtəlif xəsarətlər alıblar.
Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button