Cəmiyyət

Hacıqabulda yol qəzası olub, xəsarət alanlar var

Hacıqabulda ağır yol qəzası baş verib xəsarət alanlar var.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Padarçöl kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, iritutumlu yük maşını həmin istiqamətdə hərəkətdə olarkən arxadan gələn Tərtər rayon sakini, 48 yaşlı Bağırov Ziya Qəzənfər oğlunun idarə etdiyi “Nissan” markalı avtomobil ona çırpılıb.
Nəticədə “Nissan”ın sürücü və Tərtər rayon sakinləri 32 yaşlı Təhməzov Əmir Namiq oğlu, 24 yaşlı Hümmətzadə Ləman Qürbət qızı, 15 yaşlı Bağırlı Bəhmən Ziya oğlu müxtəlif xəsarətlər alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Fakt araşdırılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button