Dünya

Haiti prezidentini öldürməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Haitinin milli polisi, ölkə prezidenti Jovenel Moizin iqamətgahına hücum edərək onu öldürməkdə şübhəli bilinən şəxsləri saxlayıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin dövlət katibi Franç Ekzantyuz tvitter səhifəsində yazıb.
Onun sözlərinə görə, qatillərlə bağlı ətraflı məlumat veriləcək. Dövlət katibi bildirib ki, mövcud vəziyyət ölkənin hüquq-mühafizə orqanlarının tamamilə nəzarəti altındadır.
Xatırladaq ki, Haiti prezidenti Jovenel Moizin öldürülməsindən sonra ölkədə hərbi vəziyyət elan edilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button