Dünya

Haiti prezidentinin qətlilə bağlı saxlanılanların sayı artıb

Haiti polisi ölkə prezidenti Jovenel Moizi öldürməkdə şübhəli bilinən daha iki nəfəri saxlayıb.
“Report” “Haiti-24”ə istinadən xəbər verir ki, həmin şəxslər ölkə başçısını qətlə yetirən dəstənin üzvləridir.
Ötən gün həmin dəstənin dörd üzvünün zərərsizləşdirildiyi, ikisinin isə saxlanıldığı açıqlanmışdı.
Hökumət sui-qəsdçilərdən bəzilərinin hələ də azadlıqda ola biləcəyini istisna etməyib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button