Dünya

Haitidə müvəqqəti prezidentin andiçmə mərasimi təxirə salındı

Haitidə parlamentin yuxarı palatası tərəfindən respublikanın müvəqqəti prezidenti seçilən Senatın sədri Josef Lambert andiçmə mərasiminin təxirə salındığını söyləyib.
Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.
Onun sözlərinə görə, bununla bağlı qərarı sentarolar qəbul ediblər. Belə ki, senatorların hamısı mərasimdə iştirak etmək istəyirlər.
“Ölkəmizdə ümidi canlandırmaq vacibdir” – Lambert tvitterdə yazıb.
Qeyd edək ki, Haiti Prezidenti Jovenel Moiz yaşadığı evə naməlum silahlıların hücumu nəticəsində qətlə yetirilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button