Cəmiyyət

Heydər Əliyev prospektində yolu keçmək istəyən piyadanı avtomobil vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
“Report” xəbər verir ki, hadisə paytaxtın Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, 1976-cı il təvəllüdlü Hüseynov Elçin Oktay oğlu Heydər Əliyev prospektində yolu keçmək istəyən zaman onu minik avtomobili vurub.
Yaralı xəstəxanaya çatdırılıb, ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
İlqar Abdullayev

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button