Redaktorun seçimiSiyasət

Hikmət Hacıyev: Ermənistanı Qarabağdakı bərpa prosesinə mane olmaqda ittiham etdi

“Minaların ətraf mühitə də ciddi təsiri var, minalar yer altında uzun müddət qaldıqda torpaq kimyəvi çirklənməyə məruz qalır”.

Bunu aprelin 5-də ADA Universitetində 4 aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü ilə əlaqədar keçirilən tədbirdə sualları cavablandıran Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Azərbaycan Prezidentinin köməkçisi deyib ki, minaların humanitar təsiri də var, insanların həyatına təsir edir.

“Minalar ona görə basdırılır ki, qurbanını tapsın”, – APA-nın məlumatına görə, Hacıyev açıqlamasında bildirib: “Mina xəritələrini gizlətməklə Ermənistan Azərbaycanın mülki vətəndaşlarını öldürməyə davam edir. Bu, beynəlxalq hüququn pozulması, hərbi cinayətdir. Biz beynəlxalq təşkilatlara müraciət edirik. Bu, azərbaycanlıların torpaqlarına qayıtmasının qarşısını alır. Bu, Azərbaycan hökumətinə bərpa proseslərini həyata keçirməyə də mane olur. Biz ikitərəfli görüşlərdə də bu məsələni qaldırırıq”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button