Dünya

Hindistanda azı 27 nəfər ildırım vurmasından ölüb

Son 24 saat ərzində Hindistanın şərqində yerləşən Qərbi Benqal ştatının azı 27 sakini ildırım vurmasından ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Times of India” qəzetinin məlumatında deyilir.
Qurbanlar əsasən ştatın 6 dairəsinin sakinləridir. Ölənlərdən 3-ü qadındır.
Yerli qurumların məlumatına görə, baş vermiş hadisələrə səbəb fövqəladə xidmət orqanları tərəfindən yüksək təhlükə səviyyəsi elan olunmasına baxmayaraq, insanların ildırım vaxtı sahələrdə işləməsidir. Qərbi Benqal ştatının rəhbərləri ölənlərin ailələrinə başsağlığı verib və regionda davam edən leysan, ildırımlarla əlaqədar ştat sakinlərini bütün təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button